ADNSU-da QİÇS-lə mübarizəyə həsr olunan maarifləndirici tədbir | |
Mayın 22-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Respublikası QİÇS-lə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) Mübarizə Mərkəzinin təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilib.
Tədbirdə QİÇS-lə Mübarizə Mərkəzinin əməkdaşları tərəfindən tələbələr üçün İnsanın İmmun Çatışmazlığı Virusuna görə laborator testlər keçirilib, onlara QİÇS-lə mübarizəyə dair maarifləndirici məlumatlar verilib.
Kampaniya müayinə aksiyaları keçirməklə xəstəliyə yoluxmuşları maksimal dərəcədə aşkarlamaq və müayinəyə cəlb etmək, həmçinin əhalinin İİV-QİÇS barədə biliklərinin artırılması, sağlam və təhlükəsiz həyat tərzinin təbliği məqsədini daşıyır.
Qeyd edək ki, tədbir 17-24 may “Avropa İİV-ə testləşmə həftəsi” çərçivəsində baş tutub.
|
|
22.05.2019 | 18:20 | |
|
|
|