Beynəlxalq proqramlar üzrə təhsil alanların Azərbaycan ali məktəblərinə müsabiqədənkənar qəbulu şərtləri müəyyən edilib. Qəbul Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 228 nömrəli Qərarı ilə təsdiq etdiyi “Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil alan abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Şərtləri”nə əsasən aparılacaq. Qəbul ali təhsil pilləsinin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçiriləcək. Beynəlxalq səviyyədə akkreditasiya olunan 3 - Beynəlxalq Bakalavriat Diplom Proqramı (IB Diploma Programme), Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi (Advanced Level of General Certificate of Education) və Yüksək yerləşdirmə (Advanced Placement) proqramları üzrə həyata keçiriləcək abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu həmin təhsil proqramları üzrə təhsil aldıqları dildə tədris olunan ixtisaslar üzrə aparılacaq. Abituriyentlər Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca imtahan verəcəklər. 3 təhsil proqramı ilə təhsil almış abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu üçün hər bir ixtisas və tədris ili üçün keçid balını Təhsil Nazirliyi ilə razılaşdırılmaqla DİM müəyyən edəcək. Keçid balı müəyyənləşdirilərkən ixtisaslar üzrə keçid ballarının minimum və maksimum hədləri əsas götürüləcək.
Şərtlərə görə, adı çəkilən 3 beynəlxalq təhsil proqramı üzrə təhsil alan abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Tələbə Qəbulu Qaydaları ilə hər ixtisas qrupu üçün müəyyən edilmiş imtahan fənləri üzrə aparılacaq. Belə ki, abituriyentlərin həmin proqramlar çərçivəsində topladıqları ballar nəzərə alınacaq.
Qeyd edək ki, “Müvafiq üç imtahan fənni” dedikdə, Tələbə Qəbulu Qaydaları ilə hər ixtisas qrupu üçün müəyyən edilmiş imtahan fənləri başa düşülür.
Proqramlar üzrə keçid ballarının minimum və maksimum hədləri
Sıra №-si
|
İxtisaslar
|
Beynəlxalq Bakalavriat Diplom Proqramı
|
Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi (müvafiq üç imtahan fənni üzrə)
|
Yüksək yerləşdirmə (müvafiq üç imtahan fənni üzrə)
|
1
|
Beynəlxalq münasibətlər
|
28-35
|
C və ya B
|
3 və ya 4
|
2
|
Biologiya
|
26-30
|
C və ya B
|
3 və ya 4
|
3
|
Biotibbi texnologiya mühəndisliyi
|
26-30
|
C və ya B
|
3 və ya 4
|
4
|
Biznesin idarə edilməsi
|
26-30
|
C və ya B
|
3 və ya 4
|
5
|
Cihazqayırma mühəndisliyi
|
26-30
|
C və ya B
|
3 və ya 4
|
6
|
Dövlət və bələdiyyə idarəetməsi
|
28-30
|
C və ya B
|
3 və ya 4
|
7
|
Dövlət və ictimai münasibətlər
|
28-35
|
C və ya B
|
3 və ya 4
|
8
|
Dünya iqtisadiyyatı
|
26-30
|
C və ya B
|
3 və ya 4
|
9
|
Ekologiya mühəndisliyi
|
26-30
|
C və ya B
|
3 və ya 4
|
10
|
Elektroenergetika mühəndisliyi
|
26-30
|
C və ya B
|
3 və ya 4
|
11
|
Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi
|
26-30
|
C və ya B
|
3 və ya 4
|
12
|
Fizika
|
26-30
|
C və ya B
|
3 və ya 4
|
13
|
Geofizika mühəndisliyi
|
26-30
|
C və ya B
|
3 və ya 4
|
14
|
İnformasiya texnologiyaları
|
26-30
|
C və ya B
|
3 və ya 4
|
15
|
İnşaat mühəndisliyi
|
26-30
|
C və ya B
|
3 və ya 4
|
16
|
İqtisadiyyat
|
28-35
|
C və ya B
|
3 və ya 4
|
17
|
Jurnalistika
|
26-30
|
C və ya B
|
3 və ya 4
|
18
|
Kimya
|
26-30
|
C və ya B
|
3 və ya 4
|
19
|
Kimya mühəndisliyi
|
26-30
|
C və ya B
|
3 və ya 4
|
20
|
Kompüter elmləri
|
26-35
|
C və ya B
|
3 və ya 4
|
21
|
Kompüter mühəndisliyi
|
26-35
|
C və ya B
|
3 və ya 4
|
22
|
Maliyyə
|
26-30
|
C və ya B
|
3 və ya 4
|
23
|
Marketinq
|
26-30
|
C və ya B
|
3 və ya 4
|
24
|
Menecment
|
26-30
|
C və ya B
|
3 və ya 4
|
25
|
Metrologiya, standartlaşdırma və
|
26-30
|
C və ya B
|
3 və ya 4
|
|
sertifikasiya mühəndisliyi
|
|
|
|
26
|
Mexanika mühəndisliyi
|
26-30
|
C və ya B
|
3 və ya 4
|
27
|
Mexatronika və robototexnika
|
26-30
|
C və ya B
|
3 və ya 4
|
|
mühəndisliyi
|
|
|
|
28
|
Mühasibat uçotu və audit
|
26-30
|
C və ya B
|
3 və ya 4
|
29
|
Neft-qaz mühəndisliyi
|
26-30
|
C və ya B
|
3 və ya 4
|
30
|
Politologiya
|
26-30
|
C və ya B
|
3 və ya 4
|
31
|
Proseslərin avtomatlaşdırılması
|
26-30
|
C və ya B
|
3 və ya 4
|
|
mühəndisliyi
|
|
|
|
32
|
Psixologiya
|
26-30
|
C və ya B
|
3 və ya 4
|
33
|
Riyaziyyat
|
26-30
|
C və ya B
|
3 və ya 4
|
34
|
Sənaye mühəndisliyi
|
26-30
|
C və ya B
|
3 və ya 4
|
35
|
Sənayenin təşkili və idarə olunması
|
26-30
|
C və ya B
|
3 və ya 4
|
36
|
Sistem mühəndisliyi
|
26-30
|
C və ya B
|
3 və ya 4
|
37
|
Sosiologiya
|
26-30
|
C və ya B
|
3 və ya 4
|
38
|
Turizm və otelçilik
|
25-28
|
C və ya B
|
3 və ya 4
|
39
|
Aqronomluq
|
25-28
|
C və ya B
|
3 və ya 4
|
40
|
Hüquqşünaslıq
|
30-34
|
C və ya B
|
3 və ya 4
|
41
|
Memarlıq
|
25-28
|
C və ya B
|
3 və ya 4
|
|