Abituriyentlər üçün layihə – “Bir günlük tələbə”

UNEC yuxarı sinif şagirdləri arasında çox populyar olan “UNEC-də bir gün” layihəsini davam etdirir. Məktəblilərə “bir günlük tələbə” olmaq şansı yaradan “UNEC-də bir gün” layihəsinin məqsədi 10-11-ci sinif şagirdlərini universitetlə daha yaxından tanış etməkdir. Eyni zamanda, ixtisas seçimində şagirdlərə məsləhət vermək, onların ixtisas fənlərində dinləyici qismində iştirakına şərait yaratmaqdır.

Universitetdən bildiriblər ki, payız semestri ərzində 32 məktəbdən 500-dən çox şagird “UNEC-də bir gün” layihəsində iştirak edib. Şagirdlərə şərti tələbə bileti təqdim edilib və onlar seçdikləri ixtisas üzrə dərslərdə iştirak ediblər. Eyni zamanda bir günlük tələbələr UNEC-də infoturda olublar.

Qeyd edək ki, “UNEC-də bir gün” layihəsində iştirak etmək istəyənlər 497-58-63 telefon nömrəsinə zəng edə, yaxud UNEC-in rəsmi Facebook səhifəsi ilə əlaqə saxlaya bilərlər.

 

Yusif ƏLİYEV

 



21.02.2018 | 13:30