Qəbələ, Oğuz və İsmayıllı rayonlarının təhsil işçiləri ilə görüş

Mayın 17-də Qəbələ, Oğuz və İsmayıllı rayon təhsil şöbələrinin cari tədris ili üzrə fəaliyyətinə dair hesabat yığıncağı keçirilib.

 

Tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktoru Vəfa Yaqublu, Qəbələ, Oğuz və İsmayıllı  rayonlarının təhsil şöbələrinin müdirləri və  təhsil işçiləri iştirak ediblər.

 

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva çıxış edərək “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində həyata keçirilən tədbirlərdən danışıb, son illərdə bu sahədə əldə olunan nailiyyətləri diqqətə çatdırıb. Nazir müavini bildirib ki, təhsil sisteminin  inkişafı  ilk növbədə onun aparıcı hissəsini təşkil  edən  ümumtəhsil  məktəblərindən asılıdır.

 

Hesabat yığıncağında təhsil sahəsində prioritet  məsələlər üzrə görüləcək işlərə toxunan Məhəbbət Vəliyeva bununla bağlı bir sıra göstəriş və tövsiyələrini verib.

 

Daha sonra Qəbələ, Oğuz və İsmayıllı rayonlarının təhsil şöbələrinin müdirləri tərəfindən təhsil müəssisələrinin 2018-2019-cu tədris ili ərzində fəaliyyətinə dair hesabat təqdim olunub.

 



17.05.2019 | 19:06