Ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmaq üçün sənədlərin qəbulu başladı - SİYAHI

 

Dövlət İmtahan Mərkəzi  (DİM) Dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qaliblərinə müraciət edib. Müraciətdə deyilir ki, bu kateqoriyadan olan abituriyentlər ümumi qaydada təsdiq olunmuş “Abituriyent elektron ərizəsi” formasının surətini və müvafiq nailiyyətləri təsdiq edən sənədlərin surətini (diplom, yarışın protokolu)  Dövlət İmtahan Mərkəzinə və ya Mərkəzin regional bölmələrinə (Naxçıvan, Gəncə, Xaçmaz, Lənkəran, Şəki, Göyçay, Şirvan, Bərdə) təqdim etməlidirlər. Sənədlər bu il mayın 31-dək təqdim olunmalıdır.

 

Məlumat üçün qeyd edək ki, dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.5-ci maddəsinə əsasən, müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.

Müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmağa əsas verən dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli, 119 nömrəli qərarı ilə təsdiq edilib.

 

“Azərbaycan müəllimi” həmin siyahını təqdim edir:

 

1. Fizika, kimya, biologiya, riyaziyyat, informatika fənləri üzrə dünya olimpiadaları.

2. Olimpiya oyunları və olimpiya idman növləri üzrə Dünya və Avropa çempionatı və birincilikləri, Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınmış qeyri-olimpiya idman növləri üzrə Dünya və Avropa çempionatı və birincilikləri.

3.  Beynəlxalq muğam ifaçılarının müsabiqəsi (Bakı, Azərbaycan).

4. Vokalçıların Bülbül adına beynəlxalq müsabiqəsi (Bakı, Azərbaycan).

5. Gənc pianoçuların beynəlxalq müsabiqəsi (Tbilisi, Gürcüstan).

6. Şopenin yaradıcılığına həsr edilmiş Baltikyanı ölkələrin gənc pianoçularının beynəlxalq müsabiqəsi (Narva, Estoniya).

7. “Bravo” beynəlxalq gənc skripkaçılar müsabiqəsi (Namür, Belçika).

8. Gənc pianoçuların “Stupen k masterstvu” beynəlxalq müsabiqəsi (Sankt-Peterburq, Rusiya).

9. Gənc pianoçular, skripkaçılar və violonçelçilərin beynəlxalq müsabiqəsi (Tallinn, Estoniya).

10. Gənc trubaçıların beynəlxalq müsabiqəsi (Stara Zaqora, Bolqarıstan).

11. Gənc musiqiçilərin Solhi Al Vadi adına beynəlxalq müsabiqəsi (Dəməşq, Suriya).

12. Gənc violonçelçilərin Antonio Janiqro adına müsabiqəsi (Roqec, Xorvatiya).

13. Gənc musiqiçilərin P.İ.Çaykovski adına beynəlxalq müsabiqəsi (Moskva, Rusiya).

14. Gənc vokalçıların Yelena Obraztsova adına beynəlxalq müsabiqəsi (Sankt-Peterburq, Rusiya).

15. Caz musiqi festivalı (Montre, İsveçrə).

16. Gənc pianoçuların beynəlxalq müsabiqəsi (Almatı, Qazaxıstan).

17. “Şabıt” Yaradıcı gənclərin beynəlxalq müsabiqəsi (Astana, Qazaxıstan).

18. Balet artistləri və xoreoqrafların beynəlxalq müsabiqəsi (Moskva, Rusiya).

19. “Eurovision” estrada mahnı müsabiqəsi.

20. Gənc pianoçuların K.N.İqumnov adına beynəlxalq müsabiqəsi (Lipetsk, Rusiya).

21. Skripkaçıların A.İ.Yampolski adına beynəlxalq müsabiqəsi (Moskva, Rusiya).

22. Pianoçuların Ferens List adına beynəlxalq müsabiqəsi (Budapeşt, Macarıstan).

23. Pianoçuların Friderik Şopen adına beynəlxalq müsabiqəsi (Varşava, Polşa).

24. Skripkaçıların Qenrix Venyavski adına beynəlxalq müsabiqəsi (Poznan, Polşa).

25. Skripkaçıların Fris Kreysler adına beynəlxalq müsabiqəsi (Vyana, Avstriya).

26. Skripkaçıların Yan Sibelius adına beynəlxalq müsabiqəsi (Helsinki, Finlandiya).

27. Skripkaçıların “Premio Paqanini” adına beynəlxalq müsabiqəsi (Genuya, İtaliya).

28. Skripka və alt ifaçılarının beynəlxalq müsabiqəsi (Bied, Sloveniya).

29. Kraliça Yelizaveta adına musiqi müsabiqəsi (Belçika).

30. Pianoçuların Van Klibern adına beynəlxalq müsabiqəsi (Klivlend, ABŞ).

 

 



10.04.2018 | 16:50