Azərbaycançılıqla bağlı maarifləndirici tədbir | |
Mayın 16-da Bakıdakı 283 nömrəli tam orta məktəbdə “Azərbaycançılıq ideologiyasının fəlsəfi məna tutumu və mahiyyəti” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə tarixi romanlar müəllifi Yunus Oğuz, yazışı-dramaturq Elçin Hüseynbəyli, Bakıdakı 46 nömrəli tam orta məktəbin direktoru Sevinc Budaqova, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.
Tədbir boyu videoçarxlar nümayiş etdirilib, şagirdlərin ifasında şeirlər, mahnılar səsləndirilib.
Tədbirin sonunda maraqlı müzakirələr aparılıb, iştirakçılara müəlliflərin imzalı kitabları hədiyyə olunub.
Rəşad ZİYADOV
|
|
17.05.2019 | 18:35 | |
|
|
|