Üç dəqiqə ərzində uşaqlarda olan depressiyanı müəyyən edən alqoritm | |
Böyüklərlə yanaşı, kiçikyaşlı uşaqlar da həyəcan və depressiyadan əziyyət çəkirlər. Yetkinlik yaşına çatan yeniyetmələrdə psixi pozulmalar adətən uşaqlıq dövründən yaranır və bu zaman uşaqlar lazımi diaqnostik müayinələrdən keçmirlər. Valideynlər də uşaqlarda olan həyəcan simptomlarına çox zaman ciddi yanaşmırlar. Hazırda alimlər pozulma əlamətlərini uşağın nitqinə görə müəyyən edən süni intellekt əsasında obyektiv diaqnostik alət hazırlayıblar. Mütəxəssislər tərəfindən aparılan tədqiqatlara 3-8 yaş arası 71 uşaq cəlb edilib.
www.hightech.plus saytının məlumatına əsasən, iştirakçılar yüksək stress şəraitində üç dəqiqəlik əhvalat danışır, həmin danışılan əhvalat bir neçə dəfə səs siqnalı ilə kəsilir. |
|
19.05.2019 | 12:32 | |
|
|
|