“Yol hərəkəti qaydalarını bilirik” | |
Bakı humanitar fənlər təmayüllü məktəb-liseydə “Yol hərəkəti qaydalarını bilirik” adlı tədbir keçirilib.
Tədbirdə Bakı Şəhər DYPİ – nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov, Xətai Rayon Yol Polis İdarəsi və Xətai Rayon İcra Hakimiyyətinin, Milli Olimpiya Komitəsinin nümayəndələri və başqa qonaqlar iştirak ediblər.
Liseyin direktoru Nəzakət Əsgərova tədbirin tərbiyəvi əhəmiyyətindən danışıb.
Sonra 2-ci sinif şagirdlərinin iştirakı ilə yol hərəkəti qaydalarını əks etdirən səhnəcik, rəqs, şeir və mahnılardan ibarət ədəbi- bədii kompozisiya təqdim olunub, şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Tədbir diskussiya şəklində başa çatıb.
Şakir CƏFƏROV
|
|
15.05.2019 | 16:38 | |
|
|
|