Bir qrup şagird Neft-Kimya Prosesləri İnstitutunda olub | |
Mayın 13-də Bakı şəhəri Xətai rayonundakı 165 nömrəli tam orta məktəbin 8a sinif şagirdlərinin bir qrupu AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda olub.
İnstitutdan verilən məlumata görə, şagirdlər ilk növbədə Yusif Məmmədəliyevin Memorial muzeyi ilə tanış olublar. Texnika üzrə fəlsəfə doktoru Zaur Ağamalıyev şagirdlərə akademik Y.Məmmədəliyevin həyatı və elmi işləri haqqında geniş məlumat verib.
Sonra şagirdləri və onların müəllimini institutun direktoru, akademik Vaqif Abbasov qəbul edib. V.Abbasov şagirdlərlə maraqlı söhbət aparıb, onları maraqlandıran suallara cavab verib.
Sonda şagirdlər institutun bir neçə laboratoriyası ilə tanış olublar. |
|
13.05.2019 | 16:16 | |
|
|
|