Robot-cərrah müstəqil ürək əməliyyatı həyata keçirir | |
Boston Uşaq Xəstəxanasının əməkdaşları bədəndə müstəqil yerləşən tibbi və texniki səhvlərin ehtimalını azaldan avtonom kateter sistemini təqdim ediblər.
www.ferra.ru saytının məlumatına görə, artıq naviqasiya sistemini heyvanlar üzərində müvəffəqiyyətlə yoxlayıblar.
Gələcəkdə bu sistem sayəsində insan müdaxiləsi olmadan əməliyyatların əksəriyyətini həyata keçirmək mümkün olacaq. Yüksək dəqiqliyi ilə fərqlənən robot-cərrah kamera və sensorlar sayəsində işi görür.
Ətraf mühit haqqında sensor informasiya real zaman rejimi ilə yığılır və təsvirlərin bazası ilə müqayisə edilir. Bu da robota öz yerini düzgün müəyyən etməyə kömək edir. |
|
12.05.2019 | 10:42 | |
|
|
|