Smartfonların tez sıradan çıxmasına səbəb olan 8 istifadəçi səhvi

www.ferra.ru saytının məlumatında qeyd olunur ki,   smartfonun heç vaxt söndürülməməsi onun vəziyyəti üçün çox təhlükəlidir. Gecə-gündüz rejimində işləmək akkumulyatorun işinə mənfi təsir göstərir, buna görə həftədə ən azı bir dəfə telefonu söndürmək lazımdır.

 

 "Bluetooth" və "Wi-Fi" modulunu həmişə işlək vəziyyətdə saxlamaq batareya üçün zərərlidir.

 

Telefonun enerjisi tam bitdikdən sonra onu 100 faizədək enerji ilə doldurmaq zərərlidir.  Qeyd edilir ki, belə olan akkumulyator tez bir şəkildə sıradan çıxacaq. Bu səbəbdən telefonu gecə vaxtı enerji ilə doldurmaq məsləhət görülmür və onu 95-97 faizədək  enerji ilə doldurmaq yaxşıdır.

 

Həmçinin telefonun yaxşı vəziyyətdə saxlanılması üçün şaxtalı havada və ya istidə ondan istifadə etmək tövsiyə edilmir. Telefon su keçirməyən deyilsə, yağışlı havada onu  cibdə saxlamaq lazımdır.

 

Telefonun uzun müddət işləməsi üçün onu müntəzəm olaraq toz və çirkdən təmizləmək  vacibdir,   eyni zamanda kənar enerjidoldurma qurğusundan istifadə etmək lazım deyil.

 

 Bundan əlavə,  bütün mobil tətbiq və "push" bildirişlər üçün geoməkan funksiyasının deaktiv edilməsi haqqında məsləhət verilir, çünki əks halda daimi məlumat mübadiləsi tələb olunur.



11.05.2019 | 12:14