BŞTİ müdiri işə qəbul imtahanının gedişini izləyib | |
Mayın 8-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin keçirdiyi işə qəbul üzrə müsabiqə çərçivəsində imtahan mərkəzinəmediatur təşkil edilib.
Mediaturda BŞTİ-nin müdiri Rəşad Tağıyev, İdarənin struktur bölmə rəhbərləri və KİV nümayəndələri iştirak ediblər.
İmtahanların gedişi prosesi ilə tanış olan BŞTİ-nin müdiri Rəşad Tağıyev KİV nümayəndələri ilə görüşüb. İdarə müdiri imtahanlara hazırlıq işinin təşkili, namizədlər üçün yaradılan şərait və şəffaflığın təmin edilməsi istiqamətində atılan addımlar barədə geniş məlumat verib. R.Tağıyev BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, psixoloq, uşaq birliyi təşkilatı rəhbəri, laborant və kitabxanaçı vəzifələri üzrə işə qəbulun 5 ildir müsabiqə qaydasında həyata keçirildiyini bildirib. BŞTİ-nin müdiri qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən 2 647 namizədinhttp://musabiqe.baku.edu.az/ portalı vasitəsilə qeydiyyatdan keçdiyini və müsabiqənin növbəti (test imtahanı) mərhələsinə buraxıldığını nəzərə çatdırıb.
Media təmsilçiləri imtahanın gedişini yaxından izləyib, bu proseslə bağlı fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, mayın 6-dan start verilən işə qəbul üzrə imtahanlar çərçivəsində laborant, kitabxanaçı və uşaq birliyi təşkilatı rəhbəri vəzifələri üzrə müsabiqəyə qatılan şəxslərə 30 sualdan ibarət test tapşırığının cavablandırılması üçün 45 dəqiqə, təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), gənclərin çağırışaqədərki hazırlığı rəhbəri və psixoloq vəzifələri üzrə namizədlərə isə 40 sualdan ibarət test tapşırığının cavablandırılması üçün 60 dəqiqə vaxt ayrılır.
İmtahanın sonunda hər bir namizədin ilkin nəticəsi birbaşa kompüterin ekranında görünür. Şəffaflığın artırılması məqsədilə imtahan prosesinin videoçəkilişi aparılır.
Laborant və kitabxanaçı vəzifələri üzrə işə qəbul imtahanları artıq başa çatıb. Mayın 8-də uşaq birliyi təşkilatı rəhbəri, mayın 10-da təlim-tərbiyə işləri üzrə direktor müavini, gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, mayın 11-də isətərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) və psixoloq vəzifələrinə işə qəbul üzrə müsabiqənin II (test imtahanı) mərhələsi keçiriləcək.
Aparılan təhlillər deməyə əsas verir ki, ötən ilə nisbətən bu il imtahanlarda iştirak üçün qeydiyyatdan keçənlərin sayı iki dəfədən çox artıb.
İmtahanların nəticələrinə əsasən, 400 nəfərdən çox namizəd qeyd olunan vəzifələr üzrə işlə təmin olunacaq.
Müsabiqə ilə bağlı hər hansı sual yaranarsa, namizədlər (012) 599-12-22 (daxili 60-22; 60-25; 60-28), mob: 055-336-36-39 nömrəli telefonlar vasitəsilə əlaqə saxlaya bilərlər.
|
|
08.05.2019 | 17:40 | |
|
|
|