“Uşaq dünyasının Sevinci” | |
Bakı Modern Təhsil Kompleksinin kitabxanasında Sevinc Nuruqızının yaradıcılığına həsr edilmiş “Uşaq dünyasının Sevinci” adlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə kompleksin direktor müavini Nigar Əliyeva açaraq uşaqların coşqun və qaynar həyatını hər zaman öz əsərlərində qələmə alan Sevinc Nuruqızının yaradıcılığı haqqında məlumat verib. Bildirilib ki, onun uşaq mövzusunda olan bədii qələm məhsulları dilinin şirinliyi, rəvanlığı, orijinal üslubu ilə diqqəti cəlb edir. Uşaqlar üçün otuzdan çox kitab çap etdirən şairin bir sıra şeirləri, “Muradın yuxusu”, “Ağca və Cuppulu” əsərləri şagirdlər tərəfindən səhnələşdirilib.
Sonra şagirdlər müəllifin əsərlərindən ibarət səhnəcik nümayiş etdirib, şeirlər söyləyiblər. Uşaqlar əsərlərini sevə-sevə oxuduqları şairə maraqlı suallarını da ünvanlayıblar.
Sonda kitabxana rəhbəri Ziba Şahbazova S. Nuruqızına dəvəti qəbul edib görüşə gəldiyi üçün minnətdarlığını bildirib.
Sifai SƏFƏROVA
|
|
08.05.2019 | 11:42 | |
|
|
|