Müəllimlərin işə qəbulu üzrə sınaq imtahanı keçirilir

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun İnsan Resursları Mərkəzi ixtisas sualları əsasında keçiriləcək imtahana ərizə qəbulu prosesinə start verib.

 

İnsan Resursları Mərkəzinin rəhbəri Murad Camalzadə “Azərbaycan müəllimi” qəzetinə açıqlamasında bildirib ki, Müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı nəzərdə tutulan sınaq imtahanı mayın 16-da keçiriləcək. İmtahana qatılmaq istəyənlər mayın 11-dək miq.edu.az/sinaq linkinə daxil olaraq elektron qeydiyyatdan keçməlidirlər.

 

M.Camalzadə onu da qeyd edib ki, müəllimlərin işə qəbulu müsabiqəsi üçün sınaq imtahanı daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq keçirilir: “Yerlər məhdud olduğu üçün sınaq imtahanına dəvət qeydiyyat sırasına əsasən aparılacaq. İmtahanda iştirak ödənişsizdir. Sınaq imtahanı Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən İqtisad universitetinin Gənclik korpusunda keçiriləcək”.

 

 

Ruhiyyə

 



06.05.2019 | 15:15