Dövlət sifarişli yerlərin sayı 12300-dən 20400-ə çatdırılacaq
 
 
“Prezident  İlham Əliyev “I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin ödənilməsi haqqında” sərəncam imzalayıb. Sərəncam I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsilə əlçatanlığını təmin etmək və onların təhsil almaq imkanlarını genişləndirmək məqsədini özündə ehtiva edir. Bu sərəncam nəzərdə tutulan kompleks tədbirlərin bir hissəsidir. İkinci mərhələ tədbirlər planı paketi olaraq nəzərdə tutmuşuq ki, ali məktəblərə qəbul planı təsdiqlənərkən dövlət sifarişli yerlərin sayını artıraq”. Bunu Təhsil nazirinin müavini İdris İsayev “Təməl” verilişinə müsahibəsində deyib.  Onun sözlərinə görə, hər il 12300 dövlət sifarişli yer təsdiq olunurdusa, 2019-2020-ci tədris ili üçün bu göstərici 20400-ə yaxın olacaq. Bu da 65 faizə yaxın artım deməkdir. Bu, 20-mindən artıq şəxsin dövlət hesabına təhsil almaq imkanı əldə etməsi deməkdir. 
 
 
Ruhiyyə Daşsalahlı
 


04.05.2019 | 12:17