ADPK- da “Peşəkar müəllimlik” kursunun dinləyicilərinə sertifikatlar verilib | |
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində (ADPK) Türkiyənin ES Akademiyasının rəhbəri , riyaziyyat üzrə elmlər doktoru Erdem Söylemez tərəfindən “Peşəkar müəllimlik” kursu keçirilib. ADPU və kollecin birgə təşkilatçılığı ilə keçirilən kursda ali təhsil ocağının və ADPK-nin bir qrup tələbəsi iştirak edib. Erdem Söylemez bildirib ki, kursu təşkil etməkdə məqsəd gənclərimizin peşəkar müəllim kimi yetişməsində əsrimizin ehtiyaclarına cavab verə biləcək müəllimlər hazırlamaqdır. Kurs müddətində “Bədən dili”,”Müəllimlik peşəsi”,“Uşaq yetişdirilməsində edilən səhvlər”,”Sinif idarəetməsi” və “ Ünsiyyət maneləri” mövzuları dinləyicilərə öyrədilib.
Kursun birinci mərhələsi fevralda , ikinci mərhələsi isə mayın 2-də başa çatıb. Bildirilib ki, “Peşəkar müəllimlik” kursunun davamı gələn il olacaq.
Kursun dinləyicilərindən - ADPK-nın tələbələri S. Xəlilova, B. Haxtari, A.Güləliyeva və ADPU-nun tələbələrindən T.Əhmədova , Ü.Məhərrəmova və başqaları kursda xeyli bilgi əldə etdiklərin bildiriblər.
Kursun başa çatması münasibətilə E.Söylemezə ADPK-nın direktoru, dosent İsrayil İsgəndərov pedaqoji kollektiv adından öz təşəkkürünü bildirb və ona gələcək işlərində uğurlar arzulayıb.
Sonda kursun dinləyicilərinə və bu işin təşkilində zəhməti olan müəllimlərə sertifikatlar təqdim olunub.
Şakir CƏFƏROV
|
|
02.05.2019 | 16:50 | |
|
|
|