Bakı Anadolu liseyində festival keçirilib

Bakı Türk Anadolu liseyində “Bizim mədəniyyət və sənət şənliyi” adlı festival keçirilib. Festivalda liseyin şagirdləri tərəfindən düzəldilən motorlu təyyarələr, kağızdan kəsilmiş müxtəlif fiqurlar, fizika qanunlarına uyğun düzəldilmiş qurğular, müxtəlif robotlar, antik əşyalar, astronomik maketlər və s. əl işləri nümayiş olunub.

 

Tədbiri Bakı Türk Anadolu Liseyinin rəhbəri Nurullah Feyzi Yazıcı giriş sözü ilə açaraq festival iştirakçılarını təbrik etdi. Bildirdi ki, liseyin şagirdləri təhsillə, elmlə maraqlanır, kompüterlə vaxtlarını keçirmirlər. “Bunu bacardığımız üçün çox sevinirəm”, - deyən lisey rəhbəri kitab oxumağın hər zaman vacib olduğunu vurğulayıb.

 

Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil üzrə müşaviri Mahmut Ağırman tədbir iştirakçılarını salamlayaraq deyib: “Mustafa Kamal Atatürk deyib ki, həyatda ən mühüm şey bilikdir. Bu sözləri əsas tutaraq fəaliyyətimizi Azərbaycanda genişləndirməyə çalışdıq. Məqsədimiz bu balaca uşaqlara təhsil verərək onları gələcəyə hazırlamaqdır. Ümid edirəm ki, liseyin şagirdləri burada oxuduqlarından fəxr edəcəklər”.

 

Tədbir zamanı liseyin adından qonaqlara sertifikatlar təqdim olunub.

 

Sonra festival musiqi proqramı ilə davam edib.

       



01.05.2019 | 19:39