İşə qəbul üzrə müsabiqənin II mərhələsi | |
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, psixoloq, uşaq birliyi təşkilatı rəhbəri, laborant və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə müsabiqənin II (test imtahanı) mərhələsinin keçirilmə vaxtı və yeri açıqlanıb.
İmtahanlar 6-11 may 2019-cu il tarixlərində Bakı şəhəri 220 nömrəli məktəb-liseyin (ünvan: Nizami rayonu, Elşən Süleymanov 120 A. “Neftçilər” metro stansiyasının yaxınlığı) inzibati binasında keçiriləcək.
Qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən 2 934 şəxs http://musabiqe.baku.edu.az/ portalı vasitəsilə qeydiyyatdan keçib.
Qeydiyyatdan keçmiş şəxslərin elektron ərizədəki məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra 2 647 namizədin müsabiqənin növbəti (test imtahanı) mərhələsində iştirakı mümkün hesab edilib.
I mərhələnin (elektron ərizələrdə qeyd edilmiş məlumatlar əsasında müraciət etmiş şəxsin müvafiq vəzifə üzrə müsabiqədə iştirak üçün uyğunluğunun yoxlanılması) yekunu, eyni zamanda müsabiqənin keçirilmə yeri və vaxtı barədə məlumatlar artıq namizədlərin şəxsi səhifələrinə göndərilib.
Müsabiqə ilə bağlı hər hansı sual yaranarsa, namizədlər (012) 599-12-22 (daxili 60-22; 60-25; 60-28), mob: 055-336-36-39 nömrəli telefonlar vasitəsilə əlaqə saxlaya bilərlər.
İmtahana buraxılışın, qeydiyyat və yerləşdirmənin təşkili zərurəti ilə əlaqədar iştirakçılardan təyin edilmiş vaxtdan 30 dəqiqə əvvəl imtahanın keçirildiyi məntəqədə olmaları xahiş edilir.
İştirakçı imtahana gələrkən şəxsiyyət vəsiqəsini gətirməlidir. Əks halda, namizədin imtahanda iştirakı mümkün olmayacaq.
İmtahanda iştirak etmək üçün iştirakçının öz iş nömrəsini bilməsi zəruridir.
Müsabiqə ilə bağlı yeniliklərdən xəbərdar olmaq üçün iştirakçılara şəxsi kabinetlərini mütəmadi izləmələri tövsiyə edilir.
Müsabiqənin hər hansı mərhələsində elektron ərizədəki məlumatlarla mövcud faktiki vəziyyət arasında uyğunsuzluq aşkar edilərsə, namizədlərin nəticələri ləğv ediləcək.
Laborant vəzifəsinə işə qəbul üzrə imtahan vaxtları:
06.05.2019-cu il, saat 9:30
06.05.2019-cu il, saat 10:45
06.05.2019-cu il, saat 12:00
06.05.2019-cu il, saat 13:15
06.05.2019-cu il, saat 14:30
06.05.2019-cu il, saat 15:45
07.05.2019-cu il, saat 9:30
07.05.2019-cu il, saat 10:45
07.05.2019-cu il, saat 12:00
07.05.2019-cu il, saat 13:15
07.05.2019-cu il, saat 14:30
07.05.2019-cu il, saat 15:45
Kitabxanaçı vəzifəsinə işə qəbul üzrə imtahan vaxtı:
07.05.2019-cu il, saat 15:45
Uşaq birliyi təşkilatı rəhbəri vəzifəsinə işə qəbul üzrə imtahan vaxtları:
08.05.2019-cu il, saat 9:30
08.05.2019-cu il, saat 10:45
08.05.2019-cu il, saat 12:00
08.05.2019-cu il, saat 13:15
08.05.2019-cu il, saat 14:30
08.05.2019-cu il, saat 15:45
Təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə işə qəbul üzrə imtahan vaxtları:
10.05.2019-cu il, saat 9:30
10.05.2019-cu il, saat 11:00
10.05.2019-cu il, saat 12:30
10.05.2019-cu il, saat 14:00
10.05.2019-cu il, saat 15:30
Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsinə işə qəbul üzrə imtahan vaxtı:
10.05.2019-cu il, saat 17:00
Tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) vəzifəsinə işə qəbul üzrə imtahan vaxtları:
11.05.2019-cu il, saat 9:30
11.05.2019-cu il, saat 11:00
11.05.2019-cu il, saat 12:30
Psixoloq vəzifəsinə işə qəbul üzrə imtahan vaxtları:
11.05.2019-cu il, saat 14:00
11.05.2019-cu il, saat 15:30
|
|
01.05.2019 | 11:03 | |
|
|
|