“Ağıllı Büdcə” layihəsi çərçivəsində poster yarışı

“Ağıllı Büdcə” layihəsi çərçivəsində poster yarışı təşkil edilib.

 

Tədbirin əsas məqsədi gənclərin yaradıcı düşünmə bacarıqlarını inkişaf etdirmək və onlar arasında maliyyə savadlılığını təşviq etməkdir.

 

Layihənin ilkin mərhələsində bir neçə ümumi təhsil müəssisələrindən olan 300 gənc arasında interaktiv büdcə oyunu keçirilib. Onlar bu yolla büdcə planlaşdırılması, büdcəyə nəzarət, gəlir, xərc və qənaət etmək kimi anlayışlarla tanış olub, bu istiqamətdə praktiki bacarıqlarını artırıblar.

 

“Ağıllı Büdcə” layihəsinin növbəti mərhələsi olan poster yarışında 23 komandadan ibarət 168 nəfər iştirak edib. Komandalar maliyyənin əsas anlayışları olan büdcə, bank, bank kartları, vergi, sığorta və s. mövzular əsasında posterlər hazırlayıblar.

 

Münsiflər heyəti təqdim olunan posterləri kreativ düşüncə, mesajın aydınlığı və təqdim etmə qabiliyyətinə görə qiymətləndirərək  3 ən  yaxşı poster hazırlayan komandaları 1-ci, 2-ci və 3-cü yerə layiq görüblər. Qalib komandalara  sertifikatlar və hədiyyələr təqdim olunub. “Ağıllı Büdcə” layihəsi poster yarışı ilə yekunlaşıb.

 

Qeyd edək ki, poster yarışı Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi  ilə təşkil edilib. Təhsil Nazirliyi və Mərkəzi Bank layihənin strateji tərəfdaşı kimi çıxış ediblər.

 



30.04.2019 | 18:08