“Gənc Tədqiqatçıların III Beynəlxalq Elmi Konfransı” keçirilib | |
Bakı Mühəndislik Universitetində (BMU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-ci ildönümünə həsr olunmuş “Gənc Tədqiqatçıların III Beynəlxalq Elmi Konfransı” keçirilib.
Konfrans iştirakçıları ilk öncə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, əklil və tər çiçək dəstələri düzüblər.
Gənc tədqiqatçılar görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da məzarını ziyarət edib, hörmət və ehtiramlarını bildiriblər.
Konfransda Kanadanın Reyson Universitetinin professoru Ziad Saghir, Bakı Dövlət Universitetinin prorektoru, professor Aydın Kazımzadə, Azərbaycan Texniki Universitetinin prorektoru, professor İsa Xəlilov və AMEA Gəncə Bölməsinin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Elnur Həsənov çıxış ediblər. Çıxışlarda ulu öndər Heydər Əliyevin və prezident İlham Əliyevin Azərbaycan elminin inkişafındakı xidmətlərindən danışılıb.
Konfrans daha sonra plenar iclaslarla öz işinə davam edib.
Qeyd edək ki, konfransın məqsədi dünyanın müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən gənc tədqiqatçıları bir araya gətirmək, bu sahədə əldə olunan elmi nailiyyətləri və təcrübələri digərləri ilə paylaşmaq və gənclərin elmə olan marağını artırmaqdır. Gənc Tədqiqatçıların III Beynəlxalq Elmi Konfransına yerli tədqiqatçılarla yanaşı, Türkiyə, İtaliya, Rusiya, Kanada kimi onlarla xarici ölkədən 750 elmi məqalə qəbul edilib, onlardan 520-si konfransın tələblərinə uyğun olaraq seçilmiş, humanitar və dəqiq elmlər olmaqla iki cilddə çap olunub.
|
|
30.04.2019 | 20:37 | |
|
|
|