Kimyaçı alimimizin məqaləsi “Springer” nəşriyyatında verilib

AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Sorbsiya prosesləri laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Günel Məmmədovanın “Əsasi mühitdə Naxçıvanın təbii seolitinin modifikasiyası” başlıqlı məqaləsi dünyanın nüfuzlu beynəlxalq elmi nəşriyyatlarından olan “Springer”də onlayn satışa çıxarılıb.

 

Naxçıvan seolitinin kimyəvi emalından bəhs edən sözügedən elmi məqalə ilə http://link.springer.com/article/10.3103/S0027131419010085 linkindən tanış olmaq mümkündür.

 

Kimyaçı alimin məqaləsi cari ilin yanvar ayında yüksək elmi dəyərə malik orijinal əsərlərin dərc olunduğu Moskva Universitetinin “Xəbərlər” jurnalının Kimya bölümünün 74-cü cildində rus dillində işıq üzü görüb. Adıçəkilən nəşriyyat tərəfindən ingilis dilinə tərcümə edilən məqalə Naxçıvan seolitinin kimyəvi emalına həsr olunub. Mövcud olan 250-yə yaxın təbii və sintetik seolitlərin içərisində bəziləri sənaye əhəmiyyətli hesab olunur.

 



30.04.2019 | 20:05