Akademik Zərifə Əliyevanın 96 illiyinə həsr olunan sərgi açılıb

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 96 illiyinə  həsr olunan sərgi açılıb.

 

AMEA-dan verilən məlumata görə, iki həftə davam edəcək sərgidə alimin kitabxananın fondlarında saxlanılan “Görmə orqanının vərəmi”, “Oftalmologiyanın aktual problemləri”, “Yüksək əqidə”, “Pedaqogika” (Z.Əliyeva, A.Mollayeva), “Zərifə Əliyeva” (H.Mirələmov), “İridodiaqnostika” (R.F.Təhməzov), “Qaranlığa nur saçan zəka” (M.Seyidov) kitabları və onun haqqında yazılmış biblioqrafiya nümayiş olunur. Bundan əlavə, sərgidə ümummilli lider Heydər Əliyevin və Zərifə Əliyevanın həyat və fəaliyyəti haqqında məlumatların, eləcə də iştirak etdikləri konfrans, tədbir və səfərlərin də fotolarının yer aldığı toplu nümayiş etdirilir.      Qeyd edək ki, sərgidəki kitablar haqqında MEK-in elektron kataloqundan tanış olmaq mümkündür. Oftalmoloq-alimin kitabları həmçinin MEK-in Milli Rəqəmsal Yaddaş Bazasına yerləşdirilib.

 

 

Samirə KƏRİMOVA

 



29.04.2019 | 14:59