Hüseyn Cavid irsinin təbliği davam edir

AMEA Hüseyn Cavidin Ev Muzeyində Bakı Avropa Liseyinin şagirdləri üçün “Hüseyn Cavid yaradıcılığının tədris məsələləri” mövzusunda"açıq dərs" keçirilib.

 

Elmlə təhsilin inteqrasiyası çərçivəsində baş tutan tədbir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq və filosof-şair Hüseyn Cavid irsinin təbliğinə həsr olunub.

 

Dərs zamanı şagirdlərə muzeydə sərgilənən eksponatlarla bağlı, eləcə də Hüseyn Cavidin həyat və yaradıcılığı, Azərbaycan poeziyasında fəlsəfi lirikanın təkrarsız nümunələrini yaradan ədibin ümumbəşəri problemləri humanizm mövqeyindən işıqlandıran mənzum faciələri və tarixi dramları, o cümlədən Cavidlər ailəsi haqqında ətraflı məlumat verilib.

 

Qonaqlara həmçinin muzeyin nəşrlərindən də danışılıb.

 

Samirə KƏRİMOVA

 



29.04.2019 | 13:10