Təhsil naziri Çində azərbaycanlı tələbələrlə görüşüb | |
Aprelin 26-da Təhsil naziri Ceyhun Bayramov Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyində bu ölkədə təhsil alan azərbaycanlı tələbələrlə görüşüb. Görüşdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı iştirak edib.
Görüş zamanı xaricdə təhsil alan gənclərə xüsusi diqqət göstərildiyini vurğulayan Təhsil naziri tələbələrin hər birinin ölkəmizi layiqincə təmsil edəcəyinə ümidvar olduğunu bildirib, həmçinin ölkələrimiz arasında təhsil sahəsində əlaqələrin inkişafından danışıb.
Daha sonra Ceyhun Bayramov tələbələri maraqlandıran sualları cavablandırıb.
“Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 2016-2019-cu illər üçün təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən, hazırda 53 azərbaycanlı tələbə müxtəlif ixtisaslar üzrə Çinin ali təhsil müəssisələrində, 108 Çin vətəndaşı isə Azərbaycanın ali məktəblərində təhsil alır.
|
|
26.04.2019 | 17:00 | |
|
|
|