Lənkəran Dövlət Humanitar Kollecində “Nəsiminin 650” illiyi qeyd edilib | |
Lənkəran Dövlət Humanitar Kollecinin akt zalında böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilmiş yaradıcılıq gecəsi keçirilib.
Tədbirdə kollecin direktoru, dos. Ruslan Həmidov çıxış edib. O, Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2019-cu ilin "Nəsimi ili" elan edilməsi haqqında sərəncam imzaladığını vurğulayıb. Bildirilib ki, Azərbaycan xalqının çöxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir, şair Nəsiminin zəngin irsi, bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malikdir.
Digər çıxışlardan sonra kollecin tələbələrinin ifalarında Nəsiminin qəzəlləri, eləcə də mütəfəkkirlərin böyük Azərbaycan şairi haqqında fikirləri səsləndirilib.
Tədbirin sonunda videoslayd nümayiş olunub.
|
|
26.04.2019 | 19:26 | |
|
|
|