“Huawei” yeni “5G” smartfon istehsal edəcək

“Huawei” şirkəti 5-ci nəsil mobil şəbəkəsinə qoşulma imkanına malik ucuz smartfon istehsalı haqqında planını bölüşüb.

 

İstehsalçı belə telefonun qiymətinin 600 dolları ötməyəcəyinə dair söz verib və bu, rəqib şirkətlərin müvafiq modelləri ilə müqayisədə 2 dəfə ucuzdur.

 

www.hitech.vesti.ru saytının məlumatına əsasən, bu barədə Çin şirkətinin marketinq direktoru Piter Çjou “Financial Times” nəşrinə müsahibəsində məlumat verib. Onun proqnozuna görə, sözügedən qurğunun qiymətinin 2020-ci ilədək daha ucuz olması nəzərdə tutulur.

 

Yüksəksürətli “5G” şəbəkəsini dəstəkləyən 600 dollarlıq smartfon bazarda ən əlverişli təklif olacaq. Müqayisə üçün, aprelin əvvəlində Cənubi Koreyada təqdim edilmiş “Samsung Galaxy S10” aparatının qiyməti 1200 dollardan çoxdur.

 

 

Samirə KƏRİMOVA



28.04.2019 | 14:24