Dünyanın beynəlmiləl universitetləri | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Müasir dünyanın yeni reallıqları ali təhsil sistemindən yan ötmür. Ali təhsildə beynəlxalq komponentlərin getdikcə daha üstünlük təşkil etməsi qabarıq müşahidə olunan hallardan biridir. Əcnəbi tələbələr daha beynəlmiləl təhsil mühiti ilə seçilən, öz təhsil və karyera inkişaflarının təmin olunması üçün əlçatan təqaüdlər vəd edən universitetləri seçirlər.
Böyük Britaniyanın “Times Higher Education” (THE) jurnalının budəfəki tədqiqatı dünyanın beynəlmiləl universitetlərinin reytinqinə (World's most international universities 2018) həsr olunub. Reytinqin tərtib edilməsi prosesində 4 göstərici - xarici tələbə və müəllimlərin faiz tərkibi, xarici alimlərlə müştərək yazılmış elmi nəşrlərin sayı, universitetin beynəlxalq nüfuzu (universiteti bəyənmiş xarici ekspertlərin səslərinin sayının yerli ekspertlərin səslərin sayına olan nisbəti) nəzərə alınıb. Ali məktəbin sözügedən tədqiqata cəlb olunması üçün universitetin THE-nin qlobal top-500-lüyünə daxil olması şərtdir. Bundan əlavə, ali məktəb sorğu çərçivəsində ekspertlərin minimum 100 səsini (öz ölkəsindən isə yerli ekspertlərin ən azı 50 səsini) əldə etməlidir.
Reytinqdə coğrafi mövqeyi, dövlət siyasəti və ya mədəniyyət ilə tələbələrin, əməkdaşların və ideyaların yerdəyişməsi üçün açıq olan universitetlər dominantlıq təşkil edir. THE qeyd edir ki, İsveçrənin reytinqdəki uğuru təəccüblü deyil, çünki bu ölkə beş dövlətlə həmsərhəddir və Avropanın mərkəzində yerləşib. Sıralamada birinci yeri tutan EPFL xüsusən də mühəndislik, həmçinin dinamik inkişaf edən bioloji elmlər sahəsində güclü reputasiyaya malikdir. Reytinqin ikinci sırasında yerləşən Sürix Federal Ali Texnik Məktəbində 120 ölkədən 19 min tələbə təhsil alır. 21 Nobel mükafatı laureatı yetişdirmiş bu ali məktəbin məzunları arasında dahi fizik Albert Eynşteynin adını çəkmək olar. Ali məktəb STEM fənlərinin tədrisi və elmi tədqiqatlar üzrə ixtisaslaşıb. Reytinqin 3-cü sırasında yerləşən Honkonq Universiteti öz qarşısına “Asiyanın qlobal universiteti” olmaq hədəfini qoyub. Ali məktəbdə 20 min tələbə təhsil alır ki, onlardan 8 mini əcnəbidir. Amerika universitetləri reytinqdə ötən ildəkinə (64 yer) nisbətən bu il daha az, 22 yerlə təmsil olunub. Lakin bir sıra qlobal reytinqlərdən fərqli olaraq bu cədvəldə ABŞ universitetləri ön sıralarda yer ala bilməyib. Reytinqin top-50liyinə ABŞ-ın cəmi bir ali məktəbi - Massaçusets Texnologiya İnstitutu (30-cu yer) daxil olub. Harvard Universiteti sıralamada 51-ci, Prinston 58-ci, Stenford 59-cu, Kolumbiya 67-ci, Kornell 76-cı yerdədir. Böyük Britaniya ilk 100-lükdə 17 ali məktəblə təmsil olunub. 200 universitet arasında Rusiyadan 7 ali məktəb yer alıb. Onlardan ən yaxşı nəticəni M.V.Lomonosov adına Moskva Dövlət Universiteti (131-ci yer) göstərib.
THE qeyd edir ki, qloballaşma şəraitində universitetlərin çoxu multikulturalizmə meyil göstərir. Bu, qloballaşmanın ümumi meyilləri və digər ölkələrdən mümkün qədər çox sayda tələbə və müəllimlərin elm və təhsilə cəlb olunmasına əsaslanır. Xaricdə təhsil almaq arzusunda olanlar üçün bu göstərici çox vacibdir. Əgər universitet “Diversity” şüarı altında addımlayırsa, əcnəbi tələbənin bu ali məktəbə qəbulu asanlaşır. Tədqiqatdan görünür ki, dünyanın ən beynəlmiləl universitetlərində oxumağı arzulayan gənclər ilk növbədə İsveçrə, Honkonq, Sinqapur, Böyük Britaniya və Avstraliyanı diqqətdə saxlamalıdırlar. Universitetlər öz mahiyyətlərinə görə qlobal ali məktəblərdir. Bir qayda olaraq, onlar, tələbə icmaları və bütün dünyadan olan alimlər üçün elmi məkandır və tədqiqatlar vasitəsilə ən qlobal problemlərin həlli ilə məşğul olurlar. 2018-ci ilin reytinq cədvəli göstərir ki, sıralamanın önündə olan 5 ölkədə dünya üzrə 10 ən beynəlmiləl universitet cəmləşib. Bütün bu müəssisələr xarici tələbələrin və müəllimlərin əhəmiyyətli pay hissəsinə sahibdir, onlar bütün dünyadan olan alimlərlə tədqiqatlar sahəsində əməkdaşlıq edir və yaxşı qlobal reputasiyaya malikdir. “Times Higher Education”nun yeni reytinqi ilə daha ətraflı www.timeshighereducation.com/student/best-universities/most-international-universities-world-2018 səhifəsindən tanış olmaq olar.
Oruc MUSTAFAYEV |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
06.04.2018 | 14:19 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|