Təhsil naziri Ceyhun Bayramov Çinə səfər edib | |
Aprelin 25-də Təhsil naziri Ceyhun Bayramov Çin Xalq Respublikasının Pekin şəhərində keçirilən ikinci “Bir Kəmər, Bir Yol” Beynəlxalq Əməkdaşlıq Forumunda iştirak edib. Təhsil naziri proqram çərçivəsində təşkil olunan “Xalqlar arasında əlaqələr” adlı tematik forumda çıxış edib.
Çıxış zamanı Təhsil naziri Ceyhun Bayramov “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”ndan irəli gələn təhsilin bütün sahələrində aparılan islahatlar, 2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramının qarşıya qoyduğu məqsəd və vəzifələr, BMT-nin Davamlı İnkişaf Məqsədlərinə nail olmaq üçün təhsil sahəsində görülən tədbirlər, o cümlədən təhsil sahəsində iki ölkə arasında həyata keçirilən əməkdaşlıq haqqında tədbir iştirakçılarına məlumat verib.
Sözügedən tematik forumda BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Miqel Anqel Moratinos, UNICEF-in icraçı direktoru Henrietta Fore, Mozambik Respublikasının prezidenti Filipe Nyusi, Myanma İttifaqı Respublikasının prezidenti Vin Myint və Serbiya Respublikasının prezidenti Aleksandar Vuçiç də çıxış edib.
|
|
25.04.2019 | 16:54 | |
|
|
|