AMEA “Gənc kimyaçılar elmdə” respublika müsabiqəsi elan edib | |
Dmitri Mendeleyevin Dövri cədvəlinin yaradılmasının 150 illik yubileyi ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti “Gənc kimyaçılar elmdə” respublika müsabiqəsini elan edir.
AMEA-nın həqiqi və müxbir üzvləri, habelə Azərbaycan Respublikasının elmi və ali təhsil müəssisələrinin elmi şuraları tərəfindən irəli sürülən və yaşı 35-dək olan gənc kimyaçılar müsabiqədə iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək üçün aşağıdakı sənədlər 2019-cu il mayın 25-dək AMEA-nın Kimya Elmləri Bölməsinə (Bakı ş., İstiqlaliyyət küç., 30, 4-cü mərtəbə, 403-cü otaq) təqdim edilməlidir:
-AMEA prezidentinin adına ərizə;
-Namizədin irəli sürülməsi haqqında təqdimat (təqdimatda namizəd və onun elmi nailiyyətləri haqqında ətraflı məlumat) və ya Elmi Şuranın protokolundan çıxarış;
-elmi əsərlərin təsdiq olunmuş siyahısı;
-elmi tədbirlərdə, müsabiqələrdə və s. iştirakla bağlı sənədlərin surəti;
-şəxsi məlumatlar (CV).
Qaliblərin mükafatlandırılması, onların hər birinə müvafiq diplom verilməklə aşağıdakı qaydada aparılacaq:
I yer – 1000 manat;
II yer – 700 manat;
III yer – 500 manat.
Əlavə məlumat üçün AMEA-nın Kimya Elmləri Bölməsinə müraciət etmək olar. Tel.: (+994 12) 492 15 56; e-mail: keb-chemistry@rambler.ru
|
|
24.04.2019 | 13:56 | |
|
|
|