Britaniya məktəblərində pul çatışmır | |
İngiltərəli müəllimlər şəxsi pullarını sinif avadanlıqlarının alınmasına sərf etməli olublar. Böyük Britaniyanın Məktəb Müəllimləri Milli Assosiasiyasının (NASUWT) araşdırmasına görə, hər beş müəllimdən biri tədris üçün lazım olan sinif avadanlıqlarını almaq üçün öz pullarını xərcləyir. " BBC xəbər"-in məlumatına əsasən, bundan əlavə, İngiltərədəki müəllim həmkarlar birliyinin 4386 üzvündən 45% -i keçən il bəzi tələbələr üçün mütəmadi olaraq zəruri əşyalar aldıqlarını da söyləyib.
Müəllimlər təbaşir və markerlərdən tutmuş parta və masalara qədər çox şeyləri özləri almaq məcburiyyətindədirlər. Müəllimlərdən biri tədqiqatdakı cavabını belə şərh edib: "Direktorumuz mənim dərsimi gördükdə lazımi avadanlıqların olmaması səbəbi üçün aşağı qiymət aldım, baxmayaraq ki, mən avadanlıqlara 20 funt sərf etmişdim ".
"Bizə tez-tez işimizin bir peşə olduğunu deyirlər, məktəbdə işləmək istəyiriksə, işimizə yalnız gücümüz və ruhumuzu deyil, həm də pulumuzu sərf etməliyik! Mən bu sözləri təkrar-təkrar eşitməkdən yoruldum və məktəbdən getməyə hazıram ", - deyə müəllimlərdən biri cavabını belə şərh edib.
Böyük Britaniyada 7 min məktəb direktoru məktəblərin maliyyələşdirməsini artırmaq məqsədi ilə kampaniyaya başlayıb. Kampaniya çərçivəsində onlar valideynlərə məktub göndərərək məktəbdəki real vəziyyət barədə onlara ətraflı məlumat verirlər.
Oruc MUSTAFAYEV
|
|
23.04.2019 | 16:19 | |
|
|
|