Mobil telefon vasitəsilə havanın keyfiyyətini ölçən tənzimləyici

Estoniyanın Tartu Universitetinin mütəxəssisləri havanın keyfiyyətinə nəzarət və sahibini zəhərli maddələrin mövcudluğu haqqında xəbərdar edə bilən yeni texnologiya üzərində işləyirlər.

 

www.tass.ru saytının məlumatına əsasən, alimlər bu yaxınlarda Barselonada keçirilən sərgidə havada zəhərli maddələri müəyyənləşdirən xüsusi tənzimləyici təqdim ediblər. Bu ideya əksər smartfon istehsalçılarının diqqətini cəlb edib.

 

Universitetin bir neçə alimi 5 ildir ki, qrafen materialı əsasında hazırlanan yeni qurğu üzərində işləyir. Güman edilir ki, yeni qurğu havanın keyfiyyətini avtomatik təhlil və sahibini bu barədə xəbərdar edəcək.

 

Alimlər sözügedən mobil tənzimləyicinin 2 il sonra hazır olacağına ümid edirlər.



20.04.2019 | 11:01