Almaniya universiteti azərbaycanlı gənclərdən yazıb | |
Martın əvvəllərində elmi-tədqiqatçılıq sahəsində təşəbbüskarlığı ilə seçilən bir qrup təşəbbüskar gənclərimiz tərəfindən Bakıda keçirilmiş Birinci Qlobal Mühəndislik Simpoziumu Almaniyada maraqla qarşılanıb. Azərbaycan Tələbə və Elmi İşçilər birliyinin (VASW) dəstəyi və " Metak" şirkətinin təşkilatçılığı ilə keçirilən tədbirin əsas təşəbbüskarlarından olan "Horizon Education Agency" şirkətinin layihə rəhbəri və həmtəsisçisi Ənvər Məmmədlinin "Azərbaycan müəllimi" qəzetinə verdiyi məlumata əsasən, Almaniyanın Frayberge Texnik Universitetinin internet səhifəsində almaniyalı professorların da iştirak etdiyi simpoziumun əhəmiyyətindən bəhs olunub.
Tədbirdə mühazirəçi kimi adıçəkilən universitetin professoru Feliks Plamper və Dağ-Mədən və Tikinti İnstitutunun professoru Corc Barokusun Frayberge Texnik Universitetinin mühəndislik işi üzrə təhsil proqramlarının mərizəçiləri olduğu qeyd olunur. Qeyd olunur ki, simpozium tamamilə təlim üzrə "Horizon" Agentliyi tərəfindən təşkil edilib. "Horizon Education Agency Dipl" komandasının lideri Ənvər Məmmədli hazırda Frayberq Universitetində beynəlxalq magistratura proqramı üzrə təhsil alır.
Frayberq Universitetinin məlumatda qeyd olunur ki, simpozium böyük müvəffəqiyyətlə keçib. Tədbir yerli mətbuatda geniş işıqlandırılıb. Məlumatda simpoziumun Azərbaycanın təhsil sisteminin və mühəndislik cəmiyyətinin inkişafına mühüm təsir göstərəcəyi də vurğulanır. Növbəti belə bir tədbirin 2020-ci ildə keçirilməsi üçün təşkilatçılar tərəfindən hazırlıq işlərinə başlanıldığı da məlumatda öz əksini tapıb.
Beləliklə də dünyanın ilk, qədim mədən universiteti sadəcə bir neçə təşəbbüskar azərbaycanlı gəncin gördüyü işdən yazıb. Xatırlatmaq yerinə düşər ki, Frayberge Texnik Universiteti mədən ixtisası üzrə dünya universitetləri arasında 4- cü, Avropada isə 1-ci yerdədir.
Oruc MUSTAFAYEV
|
|
11.04.2019 | 16:21 | |
|
|
|