Göyçay rayonunda Azərbaycanın on milyonuncu vətəndaşının anadan olması münasibətilə fləşmob keçirilib

Göyçay rayonunda Gənclər Mərkəzinin qarşısında Azərbaycan Respublikasının on milyonuncu vətəndaşının anadan olması münasibətilə fləşmob təşkil edilib. Fləşmobda Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin 150 - dən artıq tələbəsi iştirak edib. 

 

Tədbir  kollecin qarşısından start götürüb. Tədris ocağının direktoru İrşad Abbasov çıxış edərək müstəqil Azərbaycanın son illər qazandığı uğurlardan bəhs edib, ölkə əhalisinin sayının dinamik artmasının sevindirici hal olduğunu bildirib.

 

Sonra kollecin tələbələri göstərilmiş istiqamətdə Gənclər Mərkəzinə doğru hərəkət ediblər. Burada baş tutan fləşmob gənclərin, Mərkəz ətrafında istirahət edən sakinlərin böyük marağına səbəb olub.  

 



11.04.2019 | 10:58