Sağlam həyat tərzinin formalaşdırılmasına həsr olunmuş “dəyirmi masa”

Hacıqabul şəhər 10 nömrəli tam orta məktəbdə şagirdlərin mənəvi - psixolioji tərbiyəsi sahəsində iş aparmaq məqsədi ilə sağlam həyat tərzinin formalaşdırılması, zərərli vərdişlərdən qorunmanın təmin olunması mövzusunda "dəyirmi masa" keçirilib.

 

"Dəyirmi masa"da məktəbin direktoru X.Məmmədova, təlim - tərbiyə işləri üzrə direktor müavini S.Həşimova, fənn müəllimləri və b. iştirak edib. Tədbiri  açan məktəbin fiziki tərbiyə müəllimi Fidan Bağırova son illər ölkə Prezidenti cənab İlham Əliyevin idmana göstərdiyi qayğıdan, idman sahəsində qazanılan uğurlardan söhbət açıb. O, şagirdlərə idmanın insan sağlamlığındakı rolundan danışıb. Şagirdlər tərəfindən mövzu üzrə hazırlanmış referatların dinlənilməsi, slaydların göstərilməsi tədbiri daha da maraqlı edib.

 

Şakir CƏFƏROV

 



04.04.2018 | 15:00