Odlar Yurdu Universiteti Beynəlxalq təhsil sərgisində təmsil olunub | |
Odlar Yurdu Universiteti dünyanın 14 ölkəsindən 160-a yaxın universiteti özündə birləşdirən KÜNİB-in (Qafqaz Universitetləri Birliyi) Bakıda keçirdiyi Beynəlxalq təhsil sərgisində təmsil olunub.
Sərgi çərçivəsində universitetin əməkdaşları ziyarətçilərə bu ali təhsil ocağının üstünlükləri, nüfuzu, perspektivləri, universitetin bakalavriat, magistratura, doktorantura, eləcə də ikinci ali təhsil və MBA, o cümlədən ikili diplom, xarici dil kursları, təcrübə və treninqlər üzrə proqramları barədə ətraflı məlumatlar veriblər. Ziyarətçilər sərgidə Odlar Yurdu Universitetinin nümayəndələri ilə ünsiyyət quraraq qəbul prosesi, qəbula daha yaxşı hazırlıq, sənəd qəbulu müddəti, təhsil haqqı və digər məsələlərlə bağlı onları maraqlandıran suallara cavab tapıblar.
Qeyd edək ki, sərgi 2 gün davam edib.
|
|
04.04.2018 | 12:30 | |
|
|
|