ADMİU-da “Sayt-spesifik teatr” mövzusunda seminar keçiriləcək | |
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, TeatrO.az sənət portalı və müstəqil dOM teatrının əməkdaşlığı ilə “Dünya teatr məkanında yeni təzahürlər: “Sayt-spesifik teatr”” mövzusunda seminar keçiriləcək. Seminarda məruzəçi qismində dOM Teatrının bədii rəhbəri Tərlan Rəsulov çıxış edəcək. O, dünya teatr məkanında geniş yayılmış ”sayt-spesifik” teatrından söhbət açacaq. Seminar çərçivəsində “Sayt-spesifik teatr” anlayışı ilə ümumi tanışlıq, onun dünya teatr məkanındakı yeri, Azərbaycan teatr gerçəkliyində tətbiqi və inkişaf perspektivləri müzakirə olunacaq. Müzakirələr məruzəçi ilə dialoq, sual-cavab şəklində gerçəkləşəcək. Aprelin 5-də saat15.00-da, ADMİU-nun böyük səhnəsində baş tutacaq seminarda mövzuya dair videomateriallar nümayiş olunacaq və sayt-spesifik teatrın konkret təzahürləri haqqında məlumat veriləcək. |
|
04.04.2019 | 16:30 | |
|
|
|