Heydər Əsədov Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin olunub. | |
H.X.Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Heydər Xanış oğlu Əsədov Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilsin.
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 3 aprel 2019-cu il. |
|
03.04.2019 | 13:55 | |
|
|
|