Azərbaycanlı alim Ümumdünya Təbiəti Mühafizə Fondunun Fəxri fərmanı ilə təltif olunub | |
AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov Almaniyanın Berlin şəhərində Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Qafqaz ekoregionunun yeni beşillik plan və proqramlarının müzakirəsi və “Qırmızı kitab”a düşən bəzi növlərin yeni statuslarının dəqiqləşdirilməsi üçün təşkil edilən tədbirdə iştirak edib.
Altı gün davam edən beynəlxalq tədbirlərdə akademik Tariyel Talıbov Qafqaz ekoregionunda apardığı elmi-tədqiqat işləri, xüsusən qlobal təhlükə altında olan bəbirin biologiyasının izlənilməsi, qida obyektləri və digər nadir növlərin statuslarının qiymətləndirilməsinə dair təqdimatla çıxış edib.
Azərbaycanlı alim Qafqaz ekoregionunun təbiətinin qorunması, xüsusilə qlobal təhlükə altında olan bəbir və onun ov növlərinin qorunub saxlanılmasına verdiyi töhfəyə, həmçinin Bioresurslar İnstitutunda vəhşi təbiət üzrə çöl mütəxəssislərinin potensialının artırılması və Naxçıvanda vəhşi təbiətin mütəmadi monitorinqinin təşkilindəki səylərinə görə Ümumdünya Təbiəti Mühafizə Fondunun Asiya Birliyinin Fəxri fərmanına layiq görülüb. |
|
01.04.2019 | 17:58 | |
|
|
|