Məktəblərdə “Vergi mədəniyyəti” tədris olunacaq

Təhsil müəssisələrində “Vergi mədəniyyəti” kursunun tədrisinə başlanacaq. Bu barədə “Azərbaycan müəllimi” qəzetinə açıqlamasında təhsil nazirinin müavini Firudin Qurbanov deyib. Onun sözlərinə görə, bu kursun tədrisində Vergilər Nazirliyinin aparıcı mütəxəssisləri iştirak edəcəklər. Nazir müavininin sözlərinə görə, bu yenilik Təhsil və Vergi nazirlikləri arasında imzalanan memoranduma əsasən reallaşacaq: “Bundan başqa, dərsliklər, metodiki göstərişlər, dərs vəsaitlərinin hazırlanmasında Vergilər Nazirliyi əməkdaşlarının iştirakı təmin ediləcək. Təhsil ocaqlarında çalışan müəllimlər Vergilər Nazirliyinin ayrı-ayrı layihələrində iştirak edəcəklər. Nəzərdə tutulan bu tədbirlərin məqsədi isə müasir tələblərə cavab verən, rəqabətədavamlı kadrlar  hazırlamaqdır”.

 

Ruhiyyə Daşsalahlı

 



03.04.2018 | 17:49