“Nəsimi ili” çərçivəsində ədəbi-bədii gecə keçirilib | |
Masallı şəhərindəki 1 nömrəli tam orta məktəbdə “Nəsimi ili” çərçivəsində ədəbi-bədii gecə keçirilib. Tədbirdə çıxış edən məktəbin direktoru Mirxanım Hüseynova və Əməkdar müəllim, “Tərəqqi” medallı Mirqabil Hüseynov Prezident İlham Əliyevin Azərbaycanda ədəbiyyata, mədəniyyətə, milli dəyərlərə göstərdiyi diqqət və qayğısından söz açıblar. 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsini bu qayğının bariz nümunəsi kimi dəyərləndiriblər. Məktəbin tarix müəllimi Sahil Fərzullayevin şair İmadəddin Nəsiminin həyat və yaradıcılığı barədə məruzəsi maraqla dinlənilib. Bildirilib ki, şair İmadəddin Nəsiminin zəngin irsi bu gün də insanların mənəvi-əxlaqi cəhətdən kamilləşməsində mühüm əhəmiyyət kəsb edir.
Tədbirdə məktəbin şagirdləri şairin qəzəllərindən parçalar söyləyiblər.
Sifai SƏFƏROVA |
|
28.03.2019 | 19:24 | |
|
|
|