2019-cu il mayın 24-də tanınmış dilçi alim, türkoloq və ictimai xadim, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Afad Qurbanovun anadan olmasının 90 illiyi münasibətilə respublika elmi konfransı keçiriləcək.
Konfransın təşkilatçıları Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti, Təhsil Nazirliyi və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutudur.
Respublika konfransında AMEA-nın və Təhsil Nazirliyinin aparıcı alimləri ilə yanaşı, gənc tədqiqatçıların iştirakına xüsusi diqqət yetiriləcək.
Elmi konfransın nəticələrinə görə təqdim olunmuş məqalələrin toplu şəklində çap edilməsi, müvafiq qurumlara və elmi kitabxanalara paylanması nəzərdə tutulur.
|