İnternat məktəbində Novruz şənliyi

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbində Novruz bayramı münasibətilə  şənlik keçirilib.

 

Bayram tədbiri Dədə Qorqud, Bahar Qızı, Keçəl və Kosanın gəlişi ilə başlayıb. Daha sonra internat məktəbinin həyətində Novruz tonqalı qalanıb, milli geyimdə olan şagird və müəllimlər tonqal ətrafında “Yallı” rəqsini ifa ediblər.

 

Uşaqların ifasında Novruz bayramının adət-ənənələrini əks etdirən səhnəciklər təqdim olunub, Bahar bayramına aid şeirlər səsləndirilib, rəqslər və bir-birindən maraqlı səhnəciklər nümayiş olunub. Uşaqlar Kosa və Keçəllə birgə rəqs edib, mahni oxuyublar.

 

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbi Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunub. Məktəbdə dulusçuluq, evdarlıq, dülgərlik, çilingərlik, tikiş, toxuculuq, rəssamlıq kimi peşə kabinetləri fəaliyyət göstərir. Ən müasir avadanlıqlarla təchiz olunmuş məktəbdə uşaqların asudə vaxtının səmərəli təşkili və istirahəti üçün akt və idman zalları mövcuddur. İnternat məktəbində 203 nəfər şagirdin təlim-tərbiyəsi ilə 62 nəfər pedaqoji heyət məşğul olur.



16.03.2019 | 11:53