Məktəblilərarası Fibonacci intellektual yarışının final və bağlanış mərasimi | |
Martın 16-da Bakı şəhəri 6 nömrəli məktəb-liseyin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş məktəblilərarası Fibonacci intellektual yarışının final və bağlanış mərasimi keçirilib.
Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi çərçivəsində keçirilən yarışın final mərhələsində yarımfinalda uğur qazanan 10 komanda mübarizə aparıb. Final mərhələsinin qalibi Bakı Avropa Liseyi olub.
Ümumilikdə layihə üzrə bir promo oyun, 8 oyun, bir yarımfinal və bir final mərhələsinin keçirilib. Layihə çərçivəsində keçirilən oyunlarda məktəblilərin istirahəti və qidanlanması üçün lazımi şərait yaradılıb. Onların motivasiyasını təmin etmək məqsədilə hər oyunda ilk 3 yeri tutan komanda müxtəlif hədiyyələr ilə mükafatlandırılıb.
Layihənin məqsədi akademik savadla yanaşı məktəb-şagird, şagird-müəllim və məktəblərarası əlaqələrinin möhkəmləndirilməsi və şagirdlərə müstəqil düşünmək, sərbəst fikir söyləmək, liderlik bacarıqlarını aşılamaqdır.
Final oyununun qalibləri və bütün iştirakçı komandalara tədbirin fəxri qonaqları tərəfindən layihədə iştiraka dair xüsusi sertifikat və hədiyyələr təqdim olunub.
Qeyd edək ki, “Fibonacci” intellektual oyunlarını digər analoji intellektual oyunlardan fərqli edən cəhət onun unikallığı, sual və tapşırıq növlərinin rəngarəngliyi, Azərbaycan tarixi, coğrafiyası və mədəniyyətinə xüsusi yer verilməsi, həmçinin oyunun sinxron olaraq həm Azərbaycan, həm də rus dilində keçirilməsidir.
|
|
16.03.2019 | 16:30 | |
|
|
|