Rusiya süni intellektin tətbiqi üzrə dünya lideri olub | |
Rusiya süni intellektə yaxın texnologiyaların biznesə tətbiqi üzrə dünya lideri elan edilib.
www.planet-today.ru saytının məlumatına görə, ABŞ-ın “Microsoft” korporasiyası “Süni intellekt dövründə biznes liderləri” adlı tədqiqat aparıb. Tədqiqatın yekununa əsasən süni intellektin biznesə tətbiqinin Rusiyada fəal həyata keçirildiyi müəyyənləşdirilib.
“Microsoft” nümayəndələri qeyd edib ki, Rusiya şirkətlərinin 30%-i süni intellektin tətbiqi ilə məşğuldur. Dünya şirkətləri arasında keçirilən sorğuya görə, bu, ən yüksək göstəricidir. Bu nəticə dünyada orta hesabla 22 % təşkil edir. Fransa şirkətlərinin yalnız 10 %-i süni intellekti tətbiq edir.
Rusiya şirkətləri süni intellektə əsaslanan sistemləri əməkdaşlar qarşısında tapşırıqların daha effektiv qoyulması, biznes ideyalarının generasiyası, eləcə də bazarın tədqiqi və qərarların qəbul edilməsi prosesinin optimallaşdırılması üçün tətbiq edirlər.
Tədqiqat zamanı rəyi soruşulan Rusiya şirkət rəhbərlərinin böyük əksəriyyətinin fikrinə əsasən, süni intellekt biznesə müsbət təsir göstərir. Onlar əmindir ki, biznesdə süni intellektin tətbiqi üzrə ixtisaslı peşəkarlara ehtiyac duyulur. |
|
17.03.2019 | 11:31 | |
|
|
|