Bakı və Gəncədə "Kod saatı"nın birinci mərhələsi keçiriləcək

Martın 16-da "Rəqəmsal  bacarıqlar" layihəsi çərçivəsində proqramlaşdırma  dünyasında genişmiqyaslı tədbir olan  "Kod saatı"nın birinci mərhələsi keçiriləcək.

 

"Kod saatı" təşəbbüsünün birinci mərhələsi paytaxtın bütün inzibatı rayonları əhatə edilməklə Bakının 12 məktəbində, həmçinin Gəncənin 4 nömrəli məktəbində baş tutacaq.

 

Təhsil Nazirliyinin və "Alqoritmika" beynəlxalq təhsil  şirkətinin təşkilati dəstəyi ilə keçirilən tədbirdə  8-14 yaşlı məktəblilər iştirak edə bilərlər.

 

"Kod saatı" çərçivəsində iştirakçılar bir saat müddətində, oyun formatında, "Scratch" mühitində məsələləri həll etmək imkanı əldə edəcəklər. "Scratch" – uşaq və yeniyetmələr üçün xüsusi yaradılmış vizual proqramlaşdırma mühitidir.“Kod saatı”na qatılmaq istəyən iştirakçıların sayına məhdudiyyət qoyulmur, ilkin qeydiyyat tələb olunmur. Proqramlaşdırmanın çətinliyi haqqında mifləri dağıtmaq və hər kəsin onun əsaslarını öyrənməsinin mümkünlüyünü göstərmək  məqsədilə valideynlərin tədbirdə iştirakı təşviq olunur.

 

Qeyd edək ki, "Kod saatı" təşəbbüsü  2013-cü ildə Hadi və Əli Partovi qardaşları tərəfindən tətbiqinə başlanılan və insanlara proqramlaşdırmanı öyrətmək məqsədi daşıyan qlobal hərəkatdır. Layihənin ideya müəllifləri bütün sahələrdə hesablama tapşırıqlarını yerinə yetirmək qabiliyyətinə malik mütəxəssislərə çox böyük ehtiyac olduğunu deyərək 

 



12.03.2019 | 18:15