Azərbaycan məktəbliləri beynəlxalq olimpiadanın qalibi olublar

Astanada Beynəlxalq “Mental Arifmetika ISMA-2019” olimpiadası keçirilib. Ilk dəfə keçirilən olimpiadada Azərbaycan, Belarus, Bolqarıstan, Qırğızıstan, Rusiya, Özbəkistan və Qazaxıstandan 500-ə yaxın uşaq qatılıb.  Olimpiadanın “Super çempion” mükafatı uğrunda 5-dən 15 yaşadək uşaqlar mübarizə aparıblar. Beynəlxalq olimpiadada  ölkəmizi Ləman Vəkilova, Fikrət Vəliyev və Fərid Hacıyev təmsil edib. Fikrət Vəliyev və Fərid Hacıyev çempion mükafatını, Ləman Vəkilova isə  I yeri qazanıblar.

 

Qeyd edək ki, ISMA (International School of Mental Arithmetic) əlavə təhsil proqramı ilə 7 ölkənin 250 təhsil mərkəzində 16 mindən çox şagird məşğul olur. Olimpiada daha əvvəl Almatı, Soçi və Dubayda keçirilib.

 

 

 Sifai SƏFƏROVA



12.03.2019 | 18:39