Oxu bacarıqlarının yoxlanılması üçün platforma hazırlanır | |
ABŞ-ın nüfuzlu ali məktəblərindən olan Harvard Universiteti və Massaçusets Texnologiya İnstitutu (MIT) şagirdlərin oxu bacarıqlarının yoxlanılması üçün platforma hazırlayacaq. Facebook-un yaradıcısı Mark Sukerberq və xanımı Prissilla Çanın adını daşıyan Fond tərəfindən adıçəkilən ali məktəblərin təşəbbüsünü dəstəkləmək üçün onlara ayrılan 30 milyon dollar oxu bacarıqlarının inkişafına xərclənəcək.
"Reach Every Reader" layihəsi ibtidai məktəb şagirdlərinin oxu bacarıqlarının yoxlanılmasına və inkişaf etdirilməsinə xidmət edir. Hazırlanan proqram təminatı oxu ilə bağlı problemlərin rəqəmsal diaqnostikasını keçirəcək və uşaqların savadlılıq səviyyəsinin artırılması üçün fərdi qərarlar təklif edəcək. Harvard Universitetinin təhsildə liderlik proqramının direktoru Elizabet Sitinin sözlərinə görə, savadlılıq səviyyəsinin mövcud yoxlama sistemləri bəzən müəllimləri şagirdlərin nəticələrini ümumiləşdirməyə yönəldir. "Reach Every Reader" isə hər bir uşaq üçün fərdi tədris trayektoriyasının qurulmasına tuşlanıb.
Layihədə Harvard Universiteti və MİT-dən əlavə, Florida Universitetinin Oxu tədqiqatları, rabitə və informasiya kolleci də iştirak edir. Layihə üzərində tamamlama işləri baça çatdıqdan sonra ölkənin Şarlott-Meklenberq məktəb dairəsində sınaqdan keçiriləcək.
Oruc MUSTAFAYEV
|
|
02.04.2018 | 14:44 | |
|
|
|