Ədəbiyyatdan dərs nümunəsi

X sinif

 

Fənn: Ədəbiyyat

 

Mövzu: Məhəmməd   Füzulinin  “Leyli  və  Məcnun” poemasının  təhlili  üzrə  iş (I dərs)

 

Standart: 1.2.2. Davranış  və  əməllərinə, başqaları  ilə  qarşılıqlı  münasibətlərinə,  yazıçının  mövqeyinə, digər  surətlərin  mühakimələrinə  əsaslanmaqla obrazları  təhlil  edir.

 

1.2.4. Bədii  nümunələrin  mövzusunu, ideya-bədii  xüsusiyyətlərini  bağlı  olduğu  dövrün  sosial-siyasi, mənəvi   dəyərləri  baxımından  təhlil  edir və  nəticə  çıxarır.

 

Məqsəd: 1.Poemanın   məzmunundan   çıxış  edərək  davranış   və  əməlləri,  başqaları   ilə   qarşılıqlı   münasibətləri, yazıçının  mövqeyi,  digər  surətlərin  mühakimələri   əsasında   Məcnun  və  Leyli   surətlərini təhlil  edir.

 

2.Poemanın   mövzusunu,  ideya-bədii   xüsusiyyətlərini  bağlı olduğu  dövrün   sosial-siyasi, mənəvi   dəyərləri   baxımından   təhlil   edir, ümumiləşdirərək    nəticə   çıxarır.

 

İş forması: kollektiv  və   kiçik   qruplarla iş

 

İş  üsulu: müsahibə, əqli  hücum, təqdimat,Venn  diaqramı

 

İnteqrasiya:

 

Fəndaxili: 1.2.2;1.2.4.M.Füzuli  “Məni  candan   usandırdı”... qəzəlinin  təhlili.

 

Fənlərarası: 1.1.3; 2.1.1. Azərbaycan tarixi: Füzulinin   yaşadığı  tarixi dövr;

 

1.1.2; 1.2.2.Musiqi: Ü.Hacıbəyli “Leyli  və  Məcnun” operası

 

1.1.1.Təsviri incəsənət: “Leyli  və   Məcnun”  mövzusunda  rəssamlıq  və  heykəltaraşlıq   nümunələri

 

Resurslar: Dərslik, MMV, M.Füzuli Əsərləri 6  cilddə. II cild Bakı. Şərq-Qərb. 2005, səh.5-6. İslam əxlaqı  Bakı-2010, səh.56-67; 92-97; 106-112; internet: edebiyyat.ucoz.com.; kompüter, proyektor

 

Qeyd: dərs   tam  təchizatlı   multimedya   kabinetində   aparılır.

 

Dərsin gedişi

 

Motivasiya: Bu mərhələdə İKT-nin  imkanlarından istifadə edərək “Leyli və Məcnun” filmi və operasından parçalar nümayiş   etdirməklə poemanın məzmunu haqqında   biliklər daha da dərinləşdirilir, Leyli və   Məcnun faciəsinə aydınlıq gətirilməklə    poemanın baş qəhrəmanlarının daha dərindən   səciyyələndirilməsinə imkan yaradılır. Motivasiyanın bu cür canlı təşkili tədqiqat sualının   düzgün formalaşdırılmasına da zəmin yaradır. Seçilmiş epizodları canlı kadrlardan izləyən  şagirdlər əsas qəhrəmanların timsalında poemada qaldırılmış ictimai problemlərin də dəyərləndirilməsi imkanını əldə edirlər və bu   əsaslarla da problemin qoyuluşu tədqiqat  sualı kimi formalaşdırılır. Şagirdlərə dərsliyin   85-86-cı səhifələrindəki mətnlə tanış olmaq  tapşırılır, sonra kiçik müsahibə aparılır.

 

Tədqiqat  sualı: “Poemada  yalnız  nakam   məhəbbət  deyil, ciddi  ictimai problemlər  də  əksini  tapmışdır” fikrini   doğru   saymaq olarmı?

 

Tədqiqatın  aparılması: Tədqiqatın   aparılması  məqsədilə  şagirdlər  3  kiçik qrupa   bölünür:  I. “Məcnun”  qrupu, II. “Leyli”  qrupu  və  III. “Zəmanə”qrupu. Hər  qrupa tədqiqat   sualı  ilə əlaqədar tapşırıqlar  təqdim  olunur. Burada  əqli   hücum və   təqdimat hazırlama üsullarından   istifadə olunur.

 

Qrupların  tapşırıqları:

 

I. “Məcnun”   qrupu:

 

1.Qeysin  Məcnuna   çevrilmə   səbəblərini  aydınlaşdırın.

 

2.Məcnunun  davranış  və   əməllərini  nümunələrlə   əsaslandırın.

 

3.Qeysin   başqaları  ilə   qarşılıqlı   münasibətini   müəyyənləşdirin.

 

4.Topladığınız   faktlar  əsasında   Məcnun  obrazını   səciyyələndirin və  elektron təqdimat   hazırlayın.

 

II. “Leyli”  qrupu:

 

1.Leylini rəfiqələrindən fərqləndirən  davranış və əməllərini  müəyyənləşdirin.

 

2.Leylinin malik olduğu mənəvi keyfiyyətləri, əxlaqi dəyərləri sadalayın, fikrinizi əsaslandırın.

 

3.Leyli öz   hüquqsuzluğunu  necə  ifadə edir? Nümunələr  göstərin.

 

4.Leyli  obrazını     səciyyələndirməklə    elektron   təqdimat   hazırlayın.

 

III. “Zəmanə”  qrupu:

 

1.Poemanın   mövzusunu   müəyyənləşdirin: poemanın   ideya-bədii  xüsusiyyətlərini müəyyən  edən  sosial-siyasi    amilləri   aydınlaşdırın.

 

2.Mənəvi-əxlaqi   dəyərlər   kontekstindən   çıxış   edərək  poemanı   yığcam   təhlil edin.

 

3. Füzulinin   yaşadığı   zəmanəyə   qiymət   verməklə   poemada   qaldırılmış  ictimai problemləri   səciyyələndirib    nəticə   çıxarmaqla   elektron   təqdimat   hazırlayın.

 

İnformasiya   mübadiləsi: Bu  mərhələdə hər qrupda şagirdlər verilmiş tapşırıqlarla əlaqədar   fikir   mübadiləsi aparır, cavabları  əsərdən   seçdikləri  nümunələrlə zənginləşdirərək tapşırıqlara  uyğun elektron təqdimatlar hazırlayırlar.

 

İnformasiyanın  müzakirəsi: Bu   mərhələdə   hazırlanmış hər üç elektron təqdimat ekranda nümayiş etdirilməklə müzakirə olunur, ümumi nəticə əldə edilir.

 

Yaradıcı  tətbiqetmə: Poemadakı  ictimai problemləri daha dərindən dərk etdirmək üçün poemanın  qəhrəmanlarını “Kitabi-Dədə Qorqud”  dastanının   qəhrəmanları  ilə   müqayisə etmək  tapşırılır. Müqayisə  nəticəsində  şagirdlər   nəticə   çıxarırlar  ki, poemadakı    nakam  məhəbbətin   səbəbi   dövrün  ictimai problemləridir. Bu   mərhələdə   Venn  diaqramından   istifadə edilir.

 

Ümumiləşdirmə və  nəticə: Təqdimatlar dinlənilərək ümumiləşdirilir və  nəticə   çıxarılır: Poemada Leyli və  Məcnunun nakam  məhəbbəti   fonunda  dövrün ictimai   problemlərinə   aydınlıq   gətirilir.

 

Qiymətləndirmə: Formativ   qiymətləndirmə  aşağıdakı   meyarlar   üzrə   aparılır:

 

Təhlil etmə

 

Təhliletməklə  nəticəçıxarma

 

Ev  tapşırığı: dərsliyin  86-cı səhifəsindəki  “Evdə  iş” tapşırığı  şagirdlərin   diqqətinə  çatdırılır.

 

1.Sinifdə  öyrəndiklərinizi  göstərilən  mənbələrdən  topladığınız  məlumatlar  əsasında  zənginləşdirin və tamamlayın.

 

2.Araşdırma   apararkən   aşağıdakı  sualların  cavablarını da   əhatə  etməyə   çalışın:

 

a) Poemanın   yazıldığı  mövzunun  Şərq   ədəbiyyatında   geniş  yayılmasına   səbəb  nədir?

 

b) Leyli  və   Məcnun   obrazları   müəllifə   hansı   həyat  həqiqətlərinə  münasibət  bildirmək  üçün   geniş   imkan   yaratmışdır?

 

3.Yazılı   qeydlər  əsasında   şifahi    təqdimat hazırlayın.

 

 

I  səviyyə

II səviyyə

III səviyyə

IV səviyyə

Davranış və əməl­lə­rin­dən  çıxış  etməklə  baş qəhrəmanları  təh­lil etməkdə çətinlik  çəkir.

Davranış və  əməl­lə­rindən  çıxış  etməklə  baş qəhrəmanları qis­mən  təhlil edir.

Davranış  və  əməllə­rindən  çıxış  etməklə  baş qəhrəmanları, əsa­sən, təhlil  edir.

Davranış  və  əməllə­rindən  çıxış  etməklə  baş qəhrəmanları  təhlil edir.

Poemanın  mövzusunu, ideya-bədii  xüsusiyyət- lərini bağlı  olduğu  dövrün  sosial-siyasi, mənəvi  dəyərləri kontekstindən  çıxış  etməklə  təhlil  etməkdə  və  nəticə  çıxarmaqda  çətinlik  çəkir.

Poemanın  mövzusunu, ideya-bədii  xüsusiyyət- lərini bağlı  olduğu  dövrün  sosial-siyasi, mənəvi  dəyərləri kontekstindən  çıxış  etməklə suallar  və  mü­əllimin köməyi  ilə təhlil  edir və  nəticə  çıxarır.

Poemanın  mövzusunu, ideya-bədii  xüsusiyyət- lərini bağlı  olduğu  dövrün  sosial-siyasi, mənəvi  dəyərləri kon- tekstindən  çıxış  etməklə, əsasən, təhlil  edir  və  nəticə  çıxarır.

Poemanın  mövzusunu, ideya-bədii  xüsusiyyət- lərini bağlı  olduğu  döv­rün  sosial-siyasi, mənəvi  dəyərləri kontekstindən  çıxış  etməklə  təhlil  edir və  nəticə çıxarır.

 

 

Minarə PAŞAYEVA,

Şirvan şəhər 13 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi



09.03.2019 | 13:34