Pedaqoji mühazirələrin rayon turunun son seçim mərhələsi keçirilib | |
Şabranda "Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində təşkil olunan pedaqoji mühazirələrin rayon turunun son seçim mərhələsi keçirilib.
Rayon təhsil şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Gülər Hüseynova tərəfindən daxil olan məlumata görə, tədbirdə təhsi şöbəsinin əməkdaşları, məktəb direktorları, direktor müavinləri, müəllimlər iştirak ediblər.
Qeyd edilib ki, bu mərhələdə daha öncəki mərhələnin nəticəsi olaraq seçilmiş Padar kənd tam orta məktəbinin rus dili müəllimi Balabəy Quliyevin "Müəllim-şagird münasibətlərinin pedaqoji əməkdaşlıq əsasında qurulması", R. Yusifov adına 2 nömrəli tam orta məktəb-liseyin ibtidai sinif müəllimi Zöhrə Cəbrayılovanın "İbtidai təhsil səviyyəsində şagird nailiyyətlərinin inkişafında məktəbəhazırlığın təsiri", S. Zülfüqarov adına 3 nömrəli tam orta məktəbin biologiya müəllimi Gülnar Mirzəyevanın "Biologiya dərslərində yeni təlim texnologiyalarının tətbiqi", Zeyvə kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Aysel Nəcəfovanın "Şagirdlərin yaradıcı təfəkkürünün və tədqiqiatçılıq qabiliyyətinin inkişaf etdirilməsi" mövzusunda mühazirələri dinlənilib.
Yekun nəticə olaraq, Gülnar Mirzəyeva və Balabəy Quliyevin mühazirələri respublika mərhələsinə göndərilmək üçün uyğun hesab edilib.
Pedaqoji mühazirələrin keçirilməsində əsas məqsəd ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti artırmaq, təhsil işçilərinin bu barədə rəy və mülahizələrini öyrənmək, yaradıcı müəllim və məktəb rəhbərlərini aşkara çıxarmaq, qabaqcıl təcrübə nümunələrini təbliğ etmək və inkişafyönümlü təkliflər hazırlamaqdan ibarətdir.
Şakir CƏFƏROV
|
|
02.04.2018 | 10:20 | |
|
|
|