Direktor vəzifəsinə növbəti yerləşdirmənin nəticələri | |
Dövlət ümumi təhsil müəssisələrində vakant olan direktor vəzifələrinin tutulması üçün elan edilmiş müsabiqənin növbəti yerləşdirmə nəticələri açıqlanıb.
Nəticələrə əsasən, 28 nəfər namizəd müvafiq məktəblərə direktor vəzifəsinə təyin edilib. Yeni direktorlar martın 4-dən öz vəzifələrinin icrasına başlayacaqlar.
Qeyd edək ki, “Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul və çalışmanın yaş həddinə çatmış direktorlarla əmək münasibətlərinin tənzimlənməsi Qaydaları”na uyğun olaraq 2018-ci ilin noyabr ayında elan edilmiş müsabiqədə 228 nəfər uğur qazanıb. İlkin yerləşdirmə nəticəsində 104 nəfər namizəd fevralın 25-dən müvafiq məktəblərə direktor vəzifəsinə təyin edilib. |
|
01.03.2019 | 17:45 | |
|
|
|